Azərbaycanda 11 infeksiyaya qarşı peyvəndlər olunur - Səhiyyə naziri
28 aprel 2020 22:22 (UTC +04:00)

Azərbaycanda 11 infeksiyaya qarşı peyvəndlər olunur - Səhiyyə naziri

 

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişinin qonağı olan Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Türk Şurasına üzv dövlətlərin Səhiyyə nazirlərinin videokonfrans formatında keçirilən görüşündən danışıb.

Lent.az xəbər verir ki, bununla yanaşı, O.Şirəliyev ölkə səhiyyəsinin vəziyyəti, peyvəndlənmə, koronavirus pandemiyası dövründə görülən işlərdən söz açıb.

Nazir vurğulayıb ki, Azərbaycanda 11 infeksiyaya qarşı peyvəndlər olunur. Koronavirusla bağlı görülən tədbirlərə gəldikdə isə O.Şirəliyev deyib ki, Azərbaycanda koronavirus testlərinin aparılması ilə bağlı çox unikal sistem yaradılıb: “Bizdə dəqiq və çevik addımlar atıldı ki, koronavirusun geniş yayılmasının qarşısını ala bildik, xəstəliyin öhdəsindən gəldik. Atılan addımların, önləyici tədbirlərin nəticəsini indi görürük. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da, Azərbaycanın koronavirusla mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1622
avatar

Oxşar yazılar