Alimimiz beynəlxalq ordenlə təltif edilib - FOTO
03 may 2020 14:45 (UTC +04:00)

Alimimiz beynəlxalq ordenlə təltif edilib - FOTO

Azərbaycanlı alim yüksək mükafata – "Vernadski" ordeninə layiq görülüb.

Lent.az-ın məlumatına görə, BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Elmi Şurasının qərarı ilə professor Amin Babayev kənd təsərrüfatı sahəsində elmdəki xidmətlərinə görə ən yüksək mükafata – "Vernadski" ordeninə layiq görülüb.

Prof. A. Babayev buna qədər də müxtəlif beynəlxalq mükafatlar alıb. Belə ki, o, elm və təhsil sahəsində xidmətlərinə görə BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının 26 yanvar 2010-cu il tarixli qərarı ilə M.V.Lomonosov adına Ordeni və 29 iyun 2015-ci il tarixli qərarı ilə “Alim Ulduzu” medalı təltif olunaraq ona əməkdar elm xadimi fəxri adı verilib. 

Prof. A.Babayev ekoloji kənd təsərrüfatı üzrə dünyada hər 3 ildən bir təşkil olunan  və 2017-ci ildə Almaniyada keçirilən Vahid Dünya Mükafatı (OWA) müsabiqəsinin laureatıdır. Bu mükafat İFOAM,  FAO və Rapunzel təşkilatları tərəfindən 2008-ci ildə təsis olunaraq dünyada elmi-ictimai fəaliyyətli qlobal və bəşəri əhəmiyyət kəsb edən şəxslərə təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4769

Oxşar yazılar