49 saylı məktəbin direktoruna şiddətli TÖHMƏT VERİLDİ, müavin işdən  ÇIXARILDI
29 mart 2023 17:01 (UTC +04:00)

49 saylı məktəbin direktoruna şiddətli TÖHMƏT VERİLDİ, müavin işdən ÇIXARILDI

49 saylı “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı müvafiq araşdırma aparılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

# 3252
avatar

Fidan İlqar

Oxşar yazılar

Azərbaycanda YENİLİK:  Dərmanları bu üsulla  ala biləcəyik

Azərbaycanda YENİLİK: Dərmanları bu üsulla ala biləcəyik

30 may 2023 , 13:06
Sabah  leysan yağacaq  - HAVA PROQNOZU

Sabah leysan yağacaq - HAVA PROQNOZU

30 may 2023 , 13:00
Özbaşına fərdi  ev tikənlər   bu qədər CƏRİMƏLƏNƏCƏK

Özbaşına fərdi ev tikənlər bu qədər CƏRİMƏLƏNƏCƏK

30 may 2023 , 12:19
İyun ayının  ƏN UĞURLU və TƏHLÜKƏLİ    günləri

İyun ayının ƏN UĞURLU və TƏHLÜKƏLİ günləri

30 may 2023 , 09:09
Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00