43.5 dərəcə  isti, 22 dərəcə  şaxta olub - Azərbaycan illik hava STATİSTİKASI
30 dekabr 2024 17:22 (UTC +04:00)

43.5 dərəcə isti, 22 dərəcə şaxta olub - Azərbaycan illik hava STATİSTİKASI

2024-cü ildə Bakıda və Abşeron yarımadasında müşahidə olunan orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub. İl ərzində Bakıda və Abşeron yarımadasında maksimal temperatur avqustun 5-i müsbət 39 dərəcə, bölgələr üzrə isə Hacıqabulda iyulun 5-i müsbət 43.5 dərəcə qeydə alınıb.

Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, 2024-cü il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub.

“İlin ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit keçib, leysan xarakterli intensiv yağış yağıb, şimşək çaxıb, dolu düşüb. Düşən yağıntılar nəticəsində ölkənin çaylarında ümumilikdə 110 sel hadisəsi qeydə alınıb. İl ərzində düşən yağıntı əksər bölgələr üzrə normadan yuxarı olub və ən çox yağıntı Bakı və Abşeron yarımadasında (normanın 147 faizi), Quba-Qusar bölgəsində (normanın 136 faizi), Lənkəran-Astara zonasında (normanın 134 faizi) qeydə alınıb.”

Xidmət rəisi qeyd edib ki, əvvəlki illərlə müqayisədə 2024-cü ildə ildırım-dolu proseslərinin intensivliyi artıb. Nəticədə bu il ölkə ərazisində 167 dəfə dolu hadisəsi baş verib. Ən böyük ölçülü dolu Zaqatalada mayın 18-də 25-30 mm qeydə alınıb. İl ərzində düşən qar örtüyünün maksimal hündürlüyü martın 26-da Şahdağda 54 sm olub.

“İlin ayrı-ayrı günlərində ölkə ərazisində əsasən şimal-qərb və cənub-qərb küləkləri müşahidə olunub, küləyin maksimal sürəti Bakıda fevralın 6-da 40 m/s-dək, bölgələrdə isə iyunun 20-də Gəncədə 35 m/s-dək güclənib.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3939

Oxşar yazılar

Kişilər hansı halda boşana bilməzlər? - CAVAB

Kişilər hansı halda boşana bilməzlər? - CAVAB

3 iyun 2025 , 16:11
Leysan, dolu və qar   - FAKTİKİ HAVA

Leysan, dolu və qar - FAKTİKİ HAVA

3 iyun 2025 , 16:08
Bakı-Sumqayıt qatarı  bayramda necə işləyəcək?

Bakı-Sumqayıt qatarı bayramda necə işləyəcək?

3 iyun 2025 , 15:40
Güclü külək Bakıda ağacları aşırdı - FOTOLENT

Güclü külək Bakıda ağacları aşırdı - FOTOLENT

3 iyun 2025 , 15:32
Azərbaycanda yeni virus yayıldı - NECƏ QORUNAQ?

Azərbaycanda yeni virus yayıldı - NECƏ QORUNAQ?

3 iyun 2025 , 14:12
Sabah bu ərazilərə qar yağacaq   - Hava PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - Hava PROQNOZU

3 iyun 2025 , 12:23
UniDestin Təhsil Mərkəzi  kurslara başladı

UniDestin Təhsil Mərkəzi kurslara başladı

3 iyun 2025 , 11:53
Yağışlı, küləkli hava nə vaxtadək  davam edəcək? - RƏSMİ

Yağışlı, küləkli hava nə vaxtadək davam edəcək? - RƏSMİ

3 iyun 2025 , 10:12