31 il əvvəl  bu gün - Lent.az  o gənci tapdı
18 oktyabr 2022 15:50 (UTC +04:00)

31 il əvvəl bu gün - Lent.az o gənci tapdı

Bu gün, 18 oktyabr – Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il keçir. Bildiyimiz kimi, müstəqilliyə aparan yol Azadlıq Meydanından keçdi. Hökumət Evinin qarşısı hadisələrin baş verdiyi əsas məkan idi. 

Bu fotonu yəqin ki çoxunuz görmüsünüz. Özü də dəfələrlə.
Söhbət bayrağımızı Azərbaycan SSRİ-ə aid gerbin üstünə sancmaq üçün dırmaşan ağ kostyumlu gəncin fotosundan gedir. Bəlkə də bir foto ilə tarixə düşən bu gənc hər dəfə qarşınıza çıxıb və sizə onun kimliyi maraqlı gəlib. Bəs, kimdir bu gənc? Hadisə necə baş verib?

Lent.az həmin gəncin kimliyini üzə çıxardı. 

Bu fotonun qəhrəmanı və hadisə haqqında Birinci Qarabağ müharibəsinin veteranı,  “Bozqurd” batalyonunun komandiri Nurəddin Xoca danışır:

“O gənc o vaxtkı Müdafiə Komitəsinin sədri Məmməd Əlizadənin qardaşı Tələt Əlizadədir. Məmməd Əlizadə universitetlərin birində nəşriyyatın direktoru idi. O da dünyasını dəyişib çoxdan. Tələt də bu komitənin üzvü idi. Qeyd edim ki, bayrağımız ilk dəfə 1989-cu ildə AXC-nin sədri Əbülfəz Elçibəyin əmri ilə Hökumət Evinin üstünə cəbhəçi Hüseyn tərəfindən asılıb. Gerbin üstünə isə bayrağı Tələt Əlizadə asmışdı".

Nurəddin bəyin dediyinə görə, Tələt Əlizadə 10 ilə yaxındır dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20613
avatar

Nigar Namiq

Oxşar yazılar