2021-ci ilin bütün dünyadakı kimi, Rusiya əhalisi üçün də asan olmadığı ilə razılaşmamaq çətindir. Pandemiyanın davam etməsi, inflyasiyanın sürətlənməsi və bir çox vətəndaşların gəlirinin artmaması bu ölkə vətəndaşlarını da ciddi problemlərlə üzləşdirib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, məsələn, ötən il üçün inflyasiya 8,4 faiz təşkil edirdi, lakin məhsulları ayrılıqda götürdükdə, onda artım daha yüksək olub.
Ancaq bu, hamısı deyil. Təəssüf ki, ekspertlər ölkə əhalisinin azalması ilə bağlı yeni antirekordları qeyd edirlər. Rusiya Statistika Komitəsinin məlumatına görə, ötən il əhalinin təbii azalması 1,04 milyon nəfər təşkil edib.
Bu isə Rusiyanın yeni tarixində ən yüksək rekorddur. 2020-ci ildə bu göstərici 702 min nəfər olub. Bundan əvvəlki record göstərici isə 2000-ci ildə (958,5 min nəfər) qeydə alınıb.
Məlumata görə, 2022-ci ilin əvvəlində Rusiya əhalisinin sayı 145,48 milyon nəfər təşkil edib. 1991-ci ilin əvvəlində bu göstərici 148,27 milyon nəfər olub.
Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada əhalinin sayı, sadəcə azalır, məsələn, 2009-2017-ci illərdə artım olub, 2014-cü ildə isə əhali ən çox Krımın sayəsində artıb.
Ekspertlərin fikrincə, doğum səviyyəsinin azalmasına baxmayaraq, azalma tempi getdikcə azalır və ola bilsin ki, yaxın gələcəkdə ölkə əhalisi yenidən artacaq.