189 həmyerlimiz çarter reysi ilə Bakıya gətirildi - FOTO
09 iyul 2020 23:33 (UTC +04:00)

189 həmyerlimiz çarter reysi ilə Bakıya gətirildi - FOTO

 

İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan APA-ya verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2902
avatar

Oxşar yazılar