Sabah bir neçə marşrut xəttinin istiqaməti dəyişəcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişiklik R.Cəfərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədardır. Buna görə də həmin küçədə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 13 sayda müntəzəm marşrutun (7A, 7B, 9, 61, 67, 79, 83, 92, 119, 165, 199, 205 və 211 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Bununla yanaşı oktyabrın 10-da Ə.Rəcəbli küçəsinin C.Xəndan küçəsi ilə kəsişməsindən “AMOR” şadlıq sarayınadək olan hissədə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 2 müntəzəm marşrutun (2 və 33 nömrəli) hərəkəti alternativ küçələrlə ( C.Xəndan, Ş.Məmmədova, S.S.Axundov küçələri) təşkil ediləcək.