Əli Abbasov tələbələrlə görüşdü
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı naminə İnsan Resursları Fondunun xətti ilə aparıcı xarici təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Əli Abbasov belə görüşlərin artıq ənənəvi hal aldığını söyləyib.
Rabitə və informasiya texnologiyaları naziri deyib ki, bu format tələbələri yaxından tanımağa, təhsildəki uğurları və problemləri ilə tanış olmağa imkan verir, eləcə də fikir mübadiləsi, müasir gəncliyin ölkədə baş verən proseslərə münasibətini öyrənmək üçün geniş imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyevin 28 May – Respublika Günü münasibətilə təşkil olunan rəsmi qəbulda qarşıdakı illər üçün informasiya-kommunikasiya texnologiyaları, elm və təhsilin prioritet sahə olması ilə bağlı səsləndirdiyi fikirləri xatırladan Əli Abbasov hazırlanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından söz açıb. Onun sözlərinə görə, konsepsiyada əsas diqqət respublikanın innovasiya və texnoloji inkişafına yönəlib. Əli Abbasov qeyd edib ki, yüksək iqtisadi biliklərə malik Azərbaycan cəmiyyətinin yaradılmasının peşəkar kadrlara ehtiyac duyulur və hazırda təhsil alan tələbələrin gələcək Azərbaycanın əsasını təşkil edəcək.
Görüşdə Fondun fəaliyyəti haqqında qısa məruzə oxunub. Nəzərə çatdırılıb ki, Fond ümumilikdə 186 tələbənin xaricdə təhsil almasına maliyyə yardımı edib. Qeyd olunub ki, tələbələr informasiya texnologiyaları və əlaqəli ixtisaslar üzrə ABŞ, Fransa, İngiltərə, Norveç, Ukrayna və dünyanın digər aparıcı təhsil müəssisələrində təhsil alırlar. Sonra görüş səmimi şəraitdə davam etdirilib, tələbələr göstərilən qayğıya və yaranan bütün problemlərin vaxtında həll edilməsinə görə minnətdarlıqlarını bildiriblər. Əli Abbasov əvvəlki görüşlərdə olduğu kimi yaranan bütün problemləri təcili yoluna qoymaq barədə tapşırıq verərək tələbələrdən təhsillərinə maksimum diqqət ayırmağı xahiş edib. Görüşün sonunda Əli Abbasov bir daha hazırkı tələbələrin Azərbaycanın gələcək inkişafında xüsusi yeri olduğunu vurğulayıb. O, tələbələri Vətəni layiqincə təmsil etməyə, həmişə ölkənin nüfuzunu artırmaq üçün çalışmağa, bir olmağa, mövcud imkanlardan səmərəli istifadə etməyə səsləyib və bundan sonra da lazımi dəstəyin göstəriləcəyinə söz verib.

656