III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən az olmayanlar iştirak edə biləcək
17 iyul 2012 18:03 (UTC +04:00)

III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən az olmayanlar iştirak edə biləcək

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən 984 nəfəri imtahanda iştirak etməyib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlərdən 43 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.


Qeyd edək ki, İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5460

Oxşar yazılar