Allahşükür Paşazadə: “Kənardan ölkəmizi qarışdırmaq istəyən çoxlu qüvvələr var”
Lent.az-ın verdiyi məlumata görə, yığıncaq Qurani-Kərimin oxunması ilə başlayıb.
Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, Ramazan ayında orucun tutulmasının şərtləri var və bu şərtlərə riayət edilməlidir. O bildirib ki, sovet dövründə də dinin şərtlərinə əməl edən insanlarımız olub: “Bu ay daha çox Quran oxumaq, mərhəmət etmək, heç kəsin qəlbini sındırmamaq lazımdır”.
Şeyxülislam Hacı Allahşükür Paşazadə tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun da iştirak etdiyini nəzərə çatdırıb: “Dövlət Komitəsinin rəhbərliyinə kimin təyin edilməsi dövlət işidir. Ancaq Elşad İsgəndərovu tanıyıram. Öz millətini sevən bir insandır. Dövlət başçısı ona səfir statusu verdi, İslam Konfransı Təşkilatında gənclərlə bağlı böyük işlər gördü. Hamımız onu təbrik edirik. Bəzən elə bilirlər ki, dövlət və din ayrıdır. Ancaq Azərbaycanda din, dövlət eynidir, onu ayırmamalıyıq. Kənardan ölkəmizi qarışdırmaq istəyən çoxlu qüvvələr var. Şimalda da, cənubda da belə qüvvələr var. Bəziləri istəyirlər ki, baş verən hadisələri siyasiləşdirsinlər. Biz birlikdə işləyəcəyik. Prezident İlham Əliyev bizə dayaqdır. Təki din, tolerantlıq məsələsində birgə işlər görək. Azərbaycançılığa, dinə qarşı hərəkətlərə Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə mübarizə aparacaq”.
O qeyd edib ki, şiə və sünni məzhəbləri bir-birinə düşmən deyil: “Bunların hər birinin hüquqları var və onların hüquqlarının yerinə yetirilməsinə imkan yaratmaq lazımdır. Yerli icra hakimiyyət orqanları ilə əlaqə saxlamaq və birgə çalışmaq lazımdır. Şiələri məcbur etmək lazım deyil ki, sən belə etməlisən. Eyni zamanda şiə məzhəbindən olanlar sünni məzhəbinə təsir göstərməməlidir ki, bunu belə et. Hamının Allahı birdir”.
Ramiz

950