Polis Akademiyasında andiçmə mərasimi keçirilib
24 sentyabr 2011 18:18 (UTC +04:00)

Polis Akademiyasında andiçmə mərasimi keçirilib

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyəti salamlayıb və daxili işlər naziri Ramil Usubovun təbrikini, ən xoş arzularını təntənəli mərasim iştirakçılarına çatdırıb. Sonra Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndikdən sonra Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilib, andiçmə mərasiminə başlanılıb.

Tədbirdə daxili işlər orqanlarının veteranı Qüdrət Süleymanov və valideyn Ramazan Hadıyev çıxış edərək bildiriblər ki, bu gün I kurs müdavimlərinin həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir.

Andiçmə mərasimi şəxsi heyətin “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidi ilə başa çatıb.

Sonra polis general-mayoru N.Əliyev Akademiyanın klubunda valideynlərlə görüşərək bu ali təhsil ocağında müdavimlər üçün yaradılmış şərait, tədris olunan ixtisas fənləri, maddi-texniki baza barəsində ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə konsert keçirildi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 903

Oxşar yazılar