“Azerfon” Azərbaycanda ilk olaraq 3G mobil təhsil layihəsini təqdim edir
22-23 sentyabr tarixlərində Bakıda keçirilən Tətbiqi Mexanika və Müasir İnformasiya Texnologiyaları üzrə beynəlxalq simpoziumda iştirak edən “Azerfon” mobil operatoru təhsildə 3G texnologiyası əsasında hazırlanan mobil təhsil layihəsini təqdim etdi. Beynəlxalq simpozium Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Milli Aviasiya Akademiyası, Odlar Yurdu Universiteti, Süleyman Dəmirəl Universiteti və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun təşkilatçılığı və “Azerfon” mobil operatorunun dəstəyi ilə keçirilir. Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaların naziri cənab Əli Abbasov, Milli Aviasiya Akademiyasının rektoru cənab Arif Paşayev və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev müasir informasiya texnologiyalarının ölkəmizdə inkişafı, təhsil və elmdə tətbiqinin vacibliyini vurğuladılar. Simpoziumda “Azerfon” şirkəti ilə Odlar Yurdu Universiteti arasında Azərbaycanda il mobil təhsil layihəsinin təşkilinə dair memorandum da imzalandı.
Memorandumun imzalanmasından sonra “Azerfon” mobil operatorunun baş icraçı direktoru Yurgen Pitz mobil təhsil layihəsinin tətbiqini Azərbaycanda müasir təhsilin inkişafında yeni hadisə olduğunu qeyd etdi: “Azərbaycanın ilk 3G operatoru olan “Azerfon” şirkəti ən son mobil texnologiyaları artıq ölkənin sosial inkişafına, xüsusən də, təhsilin müasirləşməsinə yönəldir. Müasir təhsil və tədris sürətli məlumat mübadiləsiz mümkün deyil. “Azerfon” isə 2009-ildən Azərbaycanda 3G texnologiyası əsasında sürətli mobil internet xidmətləri uğurla tətbiq etməkdədir. Bu gün “Azərfon”un sürətli məlumat ötürülməsi xidmətlərindən 200 mindən artıq insan müntəzəm olaraq istifadə edir. Bu gün imzaladığımız memorandum isə Odlar Yurdu Universitetində Azərbaycanda ilk dəfə olaraq mobil təhsil təcrübəsinin əsasını qoyur”.
2 gün davam edəcək beynəlxalq simpozium Avropa və ABŞ-ın mötəbər təhsil müəssisələrinin elm nümayəndələrinin geniş iştirakı ilə Odlar Yurdu Universiteti və Milli Aviasiya Akademiyasında keçiriləcək. Simpozium zamanı elmdə və cəmiyyətin digər sahələrində müasir informasiya texnologiyalarının tətbiqi, bu sahədə yeniliklə və inkişaf perspektivləri haqqında maraqlı təqdimatlar dinlənildi.
“Nar Mobile” və “Azerfon-Vodafone” ticarət nişanları ilə tanınan “Azerfon” 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin ən innovativ və şəffaf telekommunikasiya şirkətidir. “Azərfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

794