Binəqədidə payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir - FOTO
Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “Rayon təsərrüfatının 2011-2012-ci illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar görülmüş işlər”ə həsr olunmuş iclası keçirilib.
Bu barədə Lent.az-a Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. Rayonun idarə, təşkilat, müəssisə və təsərrüfat rəhbərlərinin qatıldığı iclasda RİH başçısı Alı Qocayev rayonda payız-qış mövsümünə hazırlıqla bağlı aparılan işlər haqqında ümumi məlumat verərək rayonun təsərrüfatına daxil olan müəssisələr, həmçinin qəsəbə icra nümayəndəlikləri, bələdiyyələr və digər aidiyyatı qurumlar tərəfindən mövsümə hazırlıqla bağlı tədbirlər planının tərtib edildiyini və onların icrasına başlandığını diqqətə çatdırıb.
Payız-qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış edən RİH başçısının müavini Vüsal İsmayılov yaşayış binalarını damlarında 10000 m2 cari təmir işlərinin aparıldığını, zirzəmilərdə su və kanalizasiya xətlərinin təmir edildiyini, Ş.Məmmədova, Xarici Dairəvi, İ.Dadaşov, N.Nərimanov, S.S.Axundov, A.Gəraybəyli, Azadlıq prospekti və Naxçıvani küçələrində yerləşən binalarda kodlu giriş qapılarının qoyulduğunu, 60 ədəd liftdə əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu, yararsız liftlərin isə yeniləri ilə əvəz olunduğunu bildirib. V.İsmayılov 266 evdən 249-un istilik sisteminə qoşulduğunu, qalan 17 evin sistemə qoşulması məqsədilə işlərin aparıldığını, mövsümə hazırlıqla bağlı bütün qəsəbə və mikrorayonların ərazilərində enerji təchizat və satış idarələri tərəfindən işlərin görüldüyünü, kanalizasiya şəbəkəsinin bərpası və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar yeni xətlərin çəkildiyini diqqətə çatdırıb.
Sonra qarşıda duran vəzifələrin icrası və problemlərin həlli üçün aidiyyatı qurumlara tapşırıq və tövsiyələr verilib.
Sonda təkliflər də nəzərə alınmaqla qərar layihəsi qəbul olunub.

1512