MTRŞ beynəlxalq konfrans keçirəcək
21 sentyabr 2011 12:12 (UTC +04:00)

MTRŞ beynəlxalq konfrans keçirəcək

Milli Televiziya və Radio Şurası (MTRŞ) sentyabrın 27-də “Avropa” otelində beynəlxalq konfrans keçirəcək. Lent.az-ın Şuranın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, konfransda teleradio yayım standartları müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, konfransda MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı məruzə ilə çıxış edəcək.

Konfransda Rumıniya, Macarıstan kimi ölkələrin təmsilçiləri ilə audio və vizual müzakirələr də nəzərdə tutulub. Konfransın moderatoru Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı olacaq. Eyni zamanda teleradio tənzimləməylə bağlı Gürcüstan nümunəsi barədə Laşa Tuquşa məlumat verəcək.

Konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşovun jurnalistika etikası barədə çıxışı gözlənilir
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar