Sabit Orucovun 100 illik yubileyi keçiriləcək
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Sənaye və Energetika Nazirliyi Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Sabit Orucovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2012-ci ilin may ayında neft və qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun anadan olmasının 100 illiyi tamam olur.

825