Səməd Seyidov Böyük Britaniyalı qonaqlarla görüşüb - FOTO
20 sentyabr 2011 17:00 (UTC +04:00)

Səməd Seyidov Böyük Britaniyalı qonaqlarla görüşüb - FOTO

Bu gün Azərbaycan Dillər Universitetinin(ADU) rektoru Səməd Seyidov Böyük Britaniyada təhsil üzrə fəaliyyət göstərən ekspert Ömür Yeginsunu və Londonun Uimbildon İngilis dili Məktəbinin marketinq meneceri İzabel Klarkla görüşüb. Lent.az-ın univesitetin mətbuat xidmətindən aldığı məlumata istinadən verdiyi məlumata görə, rektor qonaqları salamladıqdan sonra universitet rəhbərliyini onlara təqdim edib.

ADU-da beynəlxalq münasibətlərin prioritet təşkil etdiyini bildirən S. Seyidov Böyük Britaniya universitetlərilə ADU arasında olan əməkdaşlığın genişləndiyini vurğulayıb: “Universitetimiz Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlıq edir. İki universitet arasında imzalanan müqavilənin şərtlərinə görə təhsil alan tələbələrin I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirərək ikili diplom alacaqlar”.

Rəhbərlik etdiyi ali təhsil ocağının xarici əlaqələr sahəsində seçilən universitet olduğunu diqqətə çatdıran S.Seyidov bir çox ölkələrlə əlaqələrin günü-gündən artdığını diqqətə çatdırıb: “ADU TEMPUS layihələrinə ev sahibliyi edir və Avropa Birliyi proqramlarında əməkdaşlıq edir”.

Sonra Londonda təhsilin inkişaf istiqamətlərinin təkmilləşdirilməsi üzrə ekspert kimi fəaliyyət göstərən Ömür Yeginsu ADU-nun Esseks Universiteti ilə əməkdaşlığının vacib olduğunu söyləyib: “Esseks Britaniyanın nüfuzlu universitetlərindən biridir. İkitərəfli münasibətlər təhsil sahəsindəki əməkdaşlığın təkan verir”.

Qeyd edək ki, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, 1 saylı İngilis dili fakültəsinin dekanı Əfqan Abdullayev və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar