Rezidentura imtahanlarının keçiriləcəyi vaxt rəsmən açıqlandı
20 sentyabr 2011 15:24 (UTC +04:00)

Rezidentura imtahanlarının keçiriləcəyi vaxt rəsmən açıqlandı

Rezidenturaya qəbul imtahanlarının birinci mərhələsi sentyabrın 24-də, ikinci mərhələsi sentyabrın 25-də keçiriləcək. TQDK-nın mətbuat xidmətindən Lent.a-a verilən məlumata görə, namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq.

Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaqdır. Qəbul imtahanları Bakı şəhərində keçiriləcək.

Qəbul imtahanlarında iştirak etmək üçün namizədin hər bir imtahan üçün ayrılıqda “Namizədin imtahana buraxılış vərəqəsi” olmalıdır. İmtahanda iştirak etmək üçün ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirmiş namizədlər 2011-ci il sentyabrın 22-də və 23-də öz elektron ərizəsinə daxil olaraq, hər bir imtahan üçün ayrılıqda “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər.

Namizədlər imtahanda iştirak etmək üçün imtahan gününə müvafiq olaraq “Namizədin imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq imtahana gətirməlidirlər. İmtahanın vaxtı və yeri “Namizədin imtahana buraxılış vərəqəsi”ndə göstəriləcək. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 40-dan az olmamalıdır.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu sentyabrın 12-dən 20-dək saat 10:00-dək aparılıb və 1056 namizəd ərizə verib. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
# 2085

Oxşar yazılar

Hərbi Hospitalın sabiq rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın sabiq rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05
Həbsdə olan generalın yerinə TƏYİNAT

Həbsdə olan generalın yerinə TƏYİNAT

24 may 2024 , 15:57
Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

Sosial xidmət nədir və kimlərə göstərilə bilər? - CAVAB

24 may 2024 , 15:16
İtaliyanın baş prokuroru Azərbaycana gəlib

İtaliyanın baş prokuroru Azərbaycana gəlib

24 may 2024 , 15:00
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

24 may 2024 , 14:43
ŞAD XƏBƏR:  Azərbaycanda gələn il  pensiyalar artacaq

ŞAD XƏBƏR: Azərbaycanda gələn il pensiyalar artacaq

24 may 2024 , 14:26