TQDK Niderlandda müasir test nəzəriyyəsini öyrənir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Yoxlama-ölçmə materiallarının işlənməsi” və “Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi” şöbələrinin əməkdaşlarından ibarət İşçi Qrupu sentyabr ayının 12-dən 17-nə kimi Niderlandın Arnem şəhərində işgüzar səfərdə olub. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı TQDK-nın əməkdaşları CİTO-nun bir sıra əməkdaşları ilə görüşərək aşağıdakı məsələlər barəsində müzakirələr və təcrübə mübadiləsi aparıblar:
- Müasir test nəzəriyyəsi (İRT) və onun tətbiqi;
- Adaptiv test;
- Kompyuter vasitəsilə test (multimedia, simulyasiya);
- Hollandiyanın təhsil sistemi;
- Orta təhsil səviyyəsində monitorinq;
- Test bankı sistemi.
Qeyd edək ki, 2007-ci ildən TQDK-da “Ana dili” və “Riyaziyyat” fənləri üzrə müasir test nəzəriyyəsi və onun tətbiqi sahəsində tədqiqat işləri aparılır. Səfər zamanı əsasən bu mövzu ətrafında geniş müzakirələr aparılıb. CİTO-nun əməkdaşları TQDK-nın qısa bir zaman ərzində abituriyentlərin imtahan nəticələrinə müasir test nəzəriyyəsini tətbiqi sahəsində gördüyü işləri təqdir edərək öz müsbət rəylərini verib və görülən işlər haqqında öz təkliflərini bildiriblər.

1118