Bakıda yol-patrul xidməti inspektoru vəzifəsi üçün müsabiqə elan edilib
İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, müsabiqədə yalnız hüquq və avtomobil nəqliyyatına aid ixtisaslar üzrə ali və orta ixtisas təhsilinə, sürücülük vəsiqəsinə, kompüter texnologiyaları sahəsində müvafiq biliyə malik, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən aşağı, yaşı isə 20-dən aşağı, 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
Namizədlər yol hərəkəti qaydaları üzrə biliklərinin və sürücülük vərdişlərinin yoxlanılması üçün nəzəri və praktiki imtahanlara cəlb olunur, onların kompüter texnologiyaları sahəsində bilik və bacarıqları mütəxəssislər tərəfindən öyrənilir.
Sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi isə Daxili İşlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər sentyabrın 20-dən oktyabrın 20-dək qəbul olunur.

1013