“Turizmin inkişafı media müstəvisində” mövzusunda dəyirmi masa keçiriləcək
19 sentyabr 2011 18:37 (UTC +04:00)

“Turizmin inkişafı media müstəvisində” mövzusunda dəyirmi masa keçiriləcək

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbir sentyabrın 20-də saat 11.00-da Şuranın ofisində baş tutacaq. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin də qatılacağı Dəyirmi Masada Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı nəzərdə tutulur.


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunub. Buna uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülüb ki, bunların içərisində “2011-ci il Turizm ilidir” devizi altında proqramların və xüsusi verilişlərin təşkili mühüm yer tutub. Prosesə çap mediasının, o cümlədən qəzet və jurnalların cəlb edilməsi üçün ayrıca rubrikaların və mövzuların da müəyyənləşdirilməsi zəruridir. “Azərbaycanda turizmin inkişafı media müstəvisində” mövzusunda Dəyirmi Masada bu kimi məsələlər ətrafında müzakirələr aparılacaq, təklif və təşəbbüslər səslənəcək.
# 501

Oxşar yazılar