Şüa terapiyası və laboratoriya işi ixtisasları üzrə imtahanının nəticələri açıqlandı
19 sentyabr 2011 15:05 (UTC +04:00)

Şüa terapiyası və laboratoriya işi ixtisasları üzrə imtahanının nəticələri açıqlandı

Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, 14.09.2011-ci il tarixində şüa terapiyası və laboratoriya işi ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 47 həkim iştirak edib. Məlumata görə, iştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 45 (96%) nəfər uğurlu nəticələr əldə edib.


Növbəti test imtahanları mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə 21.09.2011-ci il tarixində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar