Bakıda və Abşeron yarımadasında qısamüddətli yağışlar yağacaq
19 sentyabr 2011 12:55 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında qısamüddətli yağışlar yağacaq

Bölgələrdə isə temperaturun yüksələcəyi gözlənilir. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovaya istinadən verdiyi məlumata görə, sentyabrın 20-də paytaxtda buludlu hava şəraiti müşahidə olunacaq, qısamüddətli yağışlar gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, temperatur göstəriciləri gecə 15-20, gündüz 23-27 dərəcə təşkil edəcək.


22-23 sentyabrda Bakıda və Abşeron yarımadasında dəyişkən, buludlu, yağmursuz hava şəraiti proqnozlaşdırılır. Temperatur gündüz 23-30, gecə 15-20 dərəcə təşkil edəcək.


Bölgələrdə və dağların hava şəraitinə gəldikdə, 20 sentyabrda arabir yağış yağacağı proqnozlaşdırılır. Mərkəzi Aran rayonlarında gündüz 23-38, gecə 14-19, dağlarda gündüz 14-19, gecə 7-12 dərəcə temperatur gözlənilir.

Qeyd edək ki, sentyabrın 21-22-də bölgələrdə əsasən yağmursuz hava müşahidə olunacaq, temperatur yüksələcək. Respublikanın rayonlarında temperaturun 27-32 dərəcə, dağlarda isə 16-21 dərəcəyə qədər yüksələcəyi gözlənilir.



Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar