Hakim vəzifəsinə test imtahanının nəticələri dərhal açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)Məhkəmə-Hüquq Şurası ilə birlikdə 2011-ci il sentyabrın 18-də Bakı İdman Sarayında vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu Hakimlərin Seçki Komitəsi tərəfindən aparılıb və 414 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 46 nəfəri imtahanda iştirak etməyib.
Fasiləsiz olaraq 4 saat davam edən imtahan başa çatan kimi cavablar imtahan zalında namizədlərin və müşahidəçilərin iştirakı ilə optik oxuyucu qurğu vasitəsilə kompüterin yaddaşına daxil edilib, onların əsasında ballar hesablanıb. Nəticələr, o cümlədən bir namizədin cavablarına dair arayışlar Hakimlərin Seçki Komitəsinə təqdim olunub. İmtahanın nəticələri TQDK-nın internet saytında da (tqdk.gov.az) yerləşdirilib.
İmtahan nəticəsində 178 namizəd tələb olunan 60 və daha artıq bal toplayaraq müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

827