Gənc hüquqşünaslar üçün əla imkan
16 sentyabr 2011 16:23 (UTC +04:00)

Gənc hüquqşünaslar üçün əla imkan

USAİD-in maliyyə dəstəyi ilə Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ) tərəfindən həyata keçirilən “Canlı Hüquq” proqramı çərçivəsində təlimlər keçiriləcək.

Lent.az-ın məlumatına görə, proqramın məqsədi hüquqşünas tələbələrdə hüquqi və təlimçilik qabiliyyətlərini formalaşdırmaqla qeyri-hüquqşünasları maarifləndirilməkdən ibarətdir. Proqramda yalnız hüquq fakültəsinin 2, 3 və 4-cü kurs tələbə və magistrləri, o cümlədən beynəlxalq hüquq ixtisası üzrə təhsil alan şəxslər iştirak edə bilərlər. İnteraktiv metodlarla keçiriləcək dərslərdə iştirak etməklə siz hüquqi biliklərinizi dərinləşdirməklə yanaşı təlimçilik, natiqlik, qeyri-hüquqşünasları maarifləndirmə, komandada işləmək bacarığı əldə edəcək. Proqramda iştirak ödənişsizdir.

Təlimdə iştirak etmək istəyən hər bir şəxs müraciət blankını http://chmb.org/?category_name=news ünvanından əldə edib 26 sentyabr 2011-ci il saat 16:00-dək doldurub [email protected] ünvanına göndərə və ya ofisə gətirə bilər. Proqramda yalnız xüsusi komissiya tərəfindən seçilmiş şəxslər iştirak edə bilər.

Qeyd edək ki, təlimlər 2011-ci ilin oktyabrından 2012-ci il may ayına kimi davam edəcək və sonda proqramda uğurla iştirak edənlər sertifikatla təltif olunacaq.

Ünvan: Amerika Hüquqşünaslar Assosiasiyası, 28 May küçəsi 5, mənzil 59-60. (Giriş: Rəşid Behbudov küçəsi, 15. Wagon –Paris Restoranının üstü.)

Əlaqələndirici şəxs “Canlı Hüquq” proqramının koordinatoru Günel Cəfərova.

Ələqə telefonu: 447-38-18; 447-36-16.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar