Bir qrup QHT Mətbuat Şurasına müraciət edib
Lent.az-ın verdiyi məlumata görə, müraciətdə qeyd olunur ki, ölkəmizin ictimai-siyasi həyatında ölkə prezidentinin şəxsən nəzarəti altında aparılan şəffaflığın gücləndirilməsi, dövlət orqanlarının işinin təkmilləşdirilməsi siyasəti hər bir sahədə eləcədə apardığımız müşahidələrə əsasən Silahlı Qüvvələrdə uğurla icra edilməkdədir.
Silahlı Qüvvələrimiz bu gün müharibə şəraitində olan ölkəmiz üçün ən vacib sahədir. Peşəsi vətəndaşlarımızı qorumaq, torpaqlarımızın keşiyində olmaq olan ordumuzla bağlı yazılarda hər zaman həssaslıqla yanaşılmalı, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti nəzərə alınmalıdır: “Azərbaycanın hərb qüdrətinin, professionalizminin günbəgün artmasının qabaqcıl dünya ölkələrinin hərbi dairələrinin yüksək peşəkar nümayəndələrinin beynəlxalq tədbirlərdə daima qeyd etdikləri danılmaz bir faktdır. Cəmiyyətin aparıcı qüvvələri olan ziyalıları, jurnalistləri bəzi mətbuat qurumlarının əsasız, yalan, nifrət dolu fəaliyyətinə biganə qalmamağa səsləyirik. Gəlin inkişaf edən, günü gündən qüdrətlənən ordumuza, əsgərlərimizə sahib çıxaq, onu yalandan iftiradan qoruyaq”.
Qeyd edək ki, müraciəti Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı, “Əsgər Ailəsi” Cəmiyyəti, “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Azərbaycan Çernobıl Əlilləri Cəmiyyəti, Azərbaycan Vətən müharibəsi Veteranları Birliyi, Azərbaycan Respublikası ”20 yanvar” Cəmiyyəti, Dünya Gənc Türk Yazarları Bиirliyi, Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək İctimai Birliyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gəncləri Təşkilatı İctimai Birliyi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyası imzalayıb.

414