Şamaxının inkişafına 5 milyon manat ayrıldı
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncamda Şamaxının qədim tarixi-mədəni irsinin, memarlıq abidələrinin mühafizəsini, müasir turizm infrastrukturunun yaradılmasını və abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılması tapşırılır.
413