AMEA-da kadr dəyişikliyi olub
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) müxbir üzvü Kamal Abdullayev akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə təyin edilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün akademiyanın Rəyasət Heyətində (RH) Humanitar və İctimai Elmlər Bölməsinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq bölmənin elmi fəaliyyəti və əldə olunan nailiyyətləri haqqında danışıb. O, AMEA RH-ın qərarı ilə akademik Ağamusa Axundovun bölmənin akademik-katibi vəzifəsindən azad edildiyini, akademiyanın müxbir üzvü, professor Kamal Abdullayevin bölmənin akademik-katibi vəzifəsinə təyin edildiyini bildirib.
Sonra K.Abdullayevin sədrliyi ilə davam etdirilən iclasda bir sıra elmi-təşkilati və cari məsələlər müzakirə olunub.

534