Şimal bölgəsində 5 yeni orta məktəb istifadəyə verilib
15 sentyabr 2011 17:21 (UTC +04:00)

Şimal bölgəsində 5 yeni orta məktəb istifadəyə verilib

Xaçmaz, Quba, Qusar rayonlarında bir, Şabranda isə iki orta məktəb istifadəyə verilib.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, dərs yeni inşa olunan 5 orta məktəb binası ilinin ilk günündə istifadəyə verilib. Xaçmaz rayonun Gödəkli kəndində 115 yaşlı köhnə məktəb binasının yerində 220 şagirdlik yeri, 28 sinif otağı olan təhsil müəssisəsi tikilib.

Qubanın Mirzəqışlaq kəndin də müasir standartlara uyğun 180 yerlik məktəb binası bu gün istifadəyə verilib. Qubada yaxın vaxtlarda daha 4 məktəbin təməli qoyulacaq.

Şabranın Vələsli və Ayğünlü kəndlərində də yeni məktəb binası istifadəyə verilib.

Qusarın Böyük Muruq kəndinin məktəbliləri də yeni tədris ilindən təzə inşa olunan məktəbdə təhsil alacaqlar.

Vəli Turan
# 1078

Oxşar yazılar