Bu il ailədaxili zorakılıq səbəbindən 57 qadın intihar edib
“Bu il Azərbaycanda ailədaxili zorakılıq nəticəsində 107 nəfər həyatını itirib. Bunlardan 53-ü qadın, 48-i kişi, 6-sı isə uşaqdır. Ailədaxili zorakılıqdan psixoloji zərbələrə dözməyib 57 qadın intihar edib”. Bu sözləri “Təmiz Dünya” qadınlara yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Lent.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ötən il 109 qadın ailədə zorakılıq nəticəsində həyatını itirib, 68 nəfər qadının həyatına qəsd edilib, 110 isə nəfər intihar edib.
M.Zeynalova “Məişət zorakılığı qarşısının alınması haqqında” qanunun çatışmayan tərəflər ilə bağlı təkliflərdən danışarkən polisin bu işdə rolunun müəyyən olunmasının zərurətini ifadə edib: “Eyni zamanda təkcə təhlükəsizlik mərkəzlərinin deyil, müdaxilə kimi ən müxtəlif formalı mərkəzlər yaradılmalıdır”.
Birlik sərdinin sözlərinə görə, boşanma zamanaı qadına edilən təcavüzün ağırlaşmaması üçün psixoloji reabilitasiya mərkəzləri yaradılmalıdır: “Regionlarda buna adekvat olaraq yardım mərkəzləri formalaşdırılmalıdır. Eyni zamanda hadisələrin uşaqların gözləri qarşısında baş verməsi onlar üçün də psixoloji mərkəzlərin yaradılması zərurətini yaradır”.
Nailə Rövşənqızı

1077