Azərbaycanda avtomobillərin sayı bir milyonu keçib
15 sentyabr 2011 13:39 (UTC +04:00)

Azərbaycanda avtomobillərin sayı bir milyonu keçib

Azərbaycanda qeydiyyatdan keçmiş avtomobillərin (minik, sərnişin, yük və s.) sayı 1 milyonu keçib. Lent.az-ın məlumatına görə, sentyabr ayının 15-nə olan məlumata görə, bu rəqəm 1 milyon 13 minə çatıb.

Həmin avtomobillərdən 615 mini isə Azərbaycan paytaxtında qeydiyyatdadır.

Məlumatda həmçinin bildirilir ki, hər gün Bakıya 50 mindən çox avtomobil daxil olur və çıxır.


Nizam RZA
# 1008

Oxşar yazılar