(R) Qəm-qüssənin aradan getməsi üçün tövsiyə
15 sentyabr 2011 14:07 (UTC +04:00)

(R) Qəm-qüssənin aradan getməsi üçün tövsiyə

Ey qüssəni silən və qəmi bitirən gözəl Rəbbim! Ey dünya və axirətin Rəhmanı və Rəhimi! Muhəmməd və onun pak Əhli-beytinə salam və salavat göndər, qüssəmi aradan qaldır, qəmimi sil. Ey vahid, ey tək olan, ey ehtiyacsız, ey doğmayan, doğulmayan və tayı-bərabəri olmayan! Məni qoru, pak et və müşküllərimi aradan apar.

Allahım! Ehtiyacı şiddətlənmiş, qüvvəsi zəifləmiş və günahları çoxalmış şəxs kimi Səndən istəyirəm.Səndən başqa ehtiyacımı ödəyən, zəifliyimi qüvvətləndirən və günahlarımı bağışlayan bir varlıq tapmadığım üçün Səndən istəyirəm. Allahım Səndən elə bir əməllər istəyirəm ki, o əməl sahibini sevirsən. Səndən elə bir iman istəyirəm ki, bu imana yiyələnənləri mükafatlandırırsan.

Allahım! Muhəmməd və onun pak Əhli-beytinə salam və salavat göndər. Məni həqiqət sevərlərdən qərar ver. Mənə o cür həyat bəxş et ki, daim həqiqət və doğruluğu sevim. Maddi nemətlərə olan məhəbbətimi azalt, həqiqi dəyərlərə, həqiqi gözəlliklərə nail olmağı mənə nəsib et. Sənə sidq-ürəklə təvəkkül etməyi, Sənə sığınmağı mənə bəxş et. Ey gözəl Allahım Səndən xoş aqibət diləyirəm. Sənə ibadət edənlərin eşqini, səmimi qəlblə qarşında baş əyənlərin ibadətini, təvəkkül edənlərin rahatlığını, aşiqlərin təvəkkülünü Səndən diləyirəm.

Allahım! Səndən istəməyə olan rəğbətimi, Sənin dostlarının rəğbəti və günahlarıma görə olan nigarançılığımı Sənin dostlarının nigarançılığı kimi et. Sənin razılığını qazanmağım üçün mənə elə əməllər nəsib et ki, onunla Sənin mənə buyurduqların hökmləri tərk etməyim.

Allahım! Bu mənim istəyimdir. Rəğbətimi ona artır, Sənin bəyəndiyin arzu və istəkləri dilimə gətir, cismimi sağlam et.

Allahım! Mən Sənə inanaraq və ümid edərək günümü başlamaq istəyirəm. Buna görə işlərimin sonunu xeyir et, öz rəhmətinlə məni fitnə və çətinliklərdən xilas et. Ey rəhmlilərin ən rəhmlisi! Allahın salavat və salamı olsun Allahın seçilmiş rəsulu ağamız Muhəmmədə və onun pak Əhli-beytinə.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar