Bakıda məktəbli formalarının alınması üçün vaxt uzadılıb
13 sentyabr 2011 17:25 (UTC +04:00)

Bakıda məktəbli formalarının alınması üçün vaxt uzadılıb

Bu barədə APA-ya BŞTİ-nin sektor müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, bu məsələdə geyimləri indiyədək əldə edə bilməyən valideynlər nəzərə alınıb: “Sentyabrın 15-də ümumtəhsil məktəblərində dərslər başlayır. Məktəbli geyimlərini indiyədək ala bilməyən valideynlər övladlarını ağ köynək və tünd rəngdə olan ətəklik və ya şalvarla məktəbə yola sala bilərlər. Onlara geyimləri əldə etmək üçün oktyabrın 1-dək vaxt verilir. Bu müddət ərzində onlar formaları ala biləcəklər”.

Qeyd edək ki, bu il Bakıda 340 minə yaxın məktəbli vahid məktəbli geyimindən istifadə edəcək. 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar