Günəşdə baş vermiş geomaqnit həyəcanlanmasının Azərbaycanda mümkün fəsadları açıqlandı
Bunu APA-ya Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, hazırda günəş səthində 93 ləkə və aktiv regionlar adlandırılan 4 böyük ləkə qrupu müşahidə olunur. Bunların hamısı alışma fəallığına malikdir: “Amma 1283 nömrəli aktiv region onların arasında daha çox seçilir. Bunun bir neçə səbəbi var. Çünki həmin regiondakı ləkələrin maqnit strukturu həddən artıq mürəkkəbdir. Ən mürəkkəb olan beta, qamma, delta quruluşuna malikdir. Digər tərəfdən həmin ləkə günəşin mərkəzinə yaxın yerdə yerləşir. Bu o deməkdir ki, həmin ləkənin yanında olan alışmalar daha böyük ehtimalla Yerə doğru yönəlmiş olur. Bunu hətta hislənmiş şüşə və ya həvəskar teleskopla baxdıqda belə müşahidə etmək mümkündür. Bir şeyi də nəzərə alaq ki, günəşin səthində növbəti orta ölçülü tac dəliyi formalaşıb. Bu tac dəliyindən çox yüksək sürətli plazma seli sentyabrın 11 və 12-də yerətrafı fəzaya çatacaq. Ola bilər ki, bu effektlə alışmada olan effektlər üst-üstə düşsün və geomaqnit həyəcanlaşmasının həqiqətin də güclü olmasına səbəb olsun. Amma geomaqnit fırtınasının olub-olmayacağı bu günlərdə planetlərarası maqnit sahəsinin Z komponentinin istiqamətindən asılı olacaq”.
E. Babayev deyib ki, geomaqnit həyəcanlanmasının şimal en dairələrində yerləşən ölkələri təsiri daha çox olacaq: “Alışmanın fəsadları şimal en dairələrinə bu dəfə daha çox təsir edəcək. Ona görə də bu ölkələr təsirə daha çox məruz qalacaq, nəinki Azərbaycanın daxil olduğu orta en dairələrində yerləşən ölkələr. Ona görə də təşvişə əsas yoxdur, sadəcə geomaqnit həyəcanlaşması olacaq. Günəş getdikcə fəallaşır, bu da təbiidir. Günəş özünün 11 illik tsiklinin maksimumuna doğru yaxınlaşır”.

758