Naxçıvanda insanların 7 min əvvəl necə yaşadıqları məlum oldu
07 sentyabr 2011 17:49 (UTC +04:00)

Naxçıvanda insanların 7 min əvvəl necə yaşadıqları məlum oldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Naxçıvan arxeoloji ekspedisiyası Şərur rayonu ərazisində yerləşən Ovçular təpəsi qədim yaşayış yerində qazıntı işlərini davam etdirir. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ərazidə aparılan tədqiqatlar zamanı yaşayış yerində məskunlaşan qədim insanların həyat tərzi ilə bağlı yeni faktlar aşkarlanıb.

Eradan əvvəl V minilliyin sonunda burada məskunlaşan insanların dördkünc formalı yarımqazma tipli evlərdə yaşadıqları, daha sonra isə təpə qazaraq səki şəklində çoxotaqlı evlər tikdikləri müəyyən edilib. Çoxotaqlı evlər həyətlərin ətrafında toplanmış, onların yaxınlığında isə təsərrüfat anbarları tikilib. Bununla belə hər bir evin özünə aid təsərrüfat küpləri, quyuları və iş yerləri olub. Ərazidə aparılan geniş tədqiqatlar göstərir ki, torpaq axınının qarşısını almaq üçün iri daşlardan dəstək divarları da inşa edilib.

Qeyd edək ki, aparılan qazıntılar zamanı körük ucluğunun aşkarlanması bu yaşayış yerinin əsas metalişləmə mərkəzlərindən biri olduğunu deməyə imkan verir. Aparılan araşdırmalar Ovçular təpəsində cəmiyyətin qəbilə icmasının dağılması ərəfəsində olduğunu göstərir.
Arxeoloji qazıntılar sentyabrın 20-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar