İqtisadi İnkişaf Nazirliyi ətin qiymətinin artmasının səbəblərini açıqladı
07 sentyabr 2011 15:13 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi ətin qiymətinin artmasının səbəblərini açıqladı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı son vaxtlar ətin qiymətində müəyyən artım müşahidə olunur. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla belə, ət satışı məntəqələrində mütəmadi aparılan monitorinqlərdə ətin qiymətində süni artımı halları qeydə alınmayıb.

Araşdırmalar göstərir ki, ətin qiymətindəki artım yem və yem komponentlərinin qiymətinin artması, habelə mal-qaranın idxal olunduğu qonşu ölkələrdə ətin bahalaşması ilə əlaqədardır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar