Gələn ilin mayına qədər Bakı Bulvarı daha 2 km uzadılacaq
«APA-ECONOMICS»in xəbərinə görə, bunu Azərbaycan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.
Onun sözlərinə görə, hazırda həmin istiqamətində bütün tikililər sökülüb: «Yalnız Gəmi Təmiri Zavodunun bir hissəsi qalıb ki, o da yaxın bir neçə ay ərzində ərazidən çıxarılacaq. Tez yekunlaşması üçün işlər iki istiqamətdə - Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər və əksinə aparılır. Müsabiqəyə qədər bulvarın Dövlət Bayrağı Meydanına qədər uzadılması başa çatacaq».
N.Məcidov qeyd edib ki, Dənizkənarı Bulvarın Qaraşəhər istiqamətində də uzadılması nəzərdə tutulur: «Ümumiyyətlə, bulvarın uzadılması prosesi 10 il çəkəcək. İşlərin gedişi buradakı obyektlərin çıxarılmasından asılı olacaq».
Rəis müavini deyib ki, xarici qonaqlara lazımi səviyyədə xidmət göstərilməsi üçün Dənizkənarı Bulvar İdarəsinin və bulvardakı obyektlərin əməkdaşlarına ingilis dili üzrə treninqlər keçiriləcək: «Onlara ingilis dilində danışıq və ünsiyyət qabiliyyəti öyrədiləcək».
N.Məcidovun sözlərinə görə, müsabiqə vaxtı Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində işləyəcək: «Bulvarda böyük bir monitor quraşdırılıb. Monitorda xarici turistlər üçün zəruri informasiyalar, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumatlar yerləşdiriləcək. Dəniz gəzintiləri üçün nəzərdə tutulan gəmilər də yenilənəcək. Artıq müqavilələr bağlanıb, 3-4 yeni gəmi alınacaq».

1321