Yaxın 3 gün ərzində hava şəraiti sabit keçəcək
Paytaxtda və respublikanın rayonlarında yaxın 3 gün ərzində hava şəraitinin sabit keçəcəyi proqnozlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qısamüddətli proqnozlar şöbəsinin müdiri Elmira Həmidovanın Lent.az-a verdiyi açıqlamaya görə, bu günlərdə havanın yağmursuz keçəcəyi və cənub küləyinin əsəcəyi gözlənilir.
E.Həmidovanın sözlərinə görə, sentyabrın 10-a qədər Mərkəzi Aranda 29-30, dağlıq ərazilərdə 19-24 dərəcə istilik olacaq. Bakı və Abşeron yarımadasına gəldikdə, paytaxtda 25-30, yarımadada 30-34 dərəcə isti proqnozlaşdırılıb.
Eyni zamanda nazirlikdən verilən məlumata görə, sentyabrın 10-da axşam saatlarında mülayim cənub küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək.
Nailə R.

670