Nazir müavini: “Bakıdakı otellər “Eurovision” siyahısına daxil ediləcək”
06 sentyabr 2011 12:24 (UTC +04:00)

Nazir müavini: “Bakıdakı otellər “Eurovision” siyahısına daxil ediləcək”

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev deyib. Nazir müavini bildirib ki, yarışmanın məşvərət qrupuna hazırda fəaliyyət göstərən otellər təqdim olunub: “Siyahıya Bakıda fəaliyyət göstərən 2, 3, 4 və 5 ulduzlu otellər daxil edilib. Artıq bu otellərin saytları, onlayn brounlaşdırılması sistemi də hazırdır”.


V. Əliyevin sözlərinə görə, müsabiqəyə qədər tikiləcək digər otellər də siyahıya əlavə olunacaq: “Hazırda paytaxtda otellərin tikintisi davam edir və bunlar arasında üç ulduzlular da var”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar