Azərbaycan Mərkəzi Bankı jurnalistlər üçün müsabiqə elan edib
Azərbaycan Mərkəzi Bank yaranmasının 20 illiyi münasibəti ilə “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu” mövzusunda məqalə müsabiqəsi elan edib. Lent.az-ın bankın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın iqtisadi inkişafında Mərkəzi Bankın fəaliyyətinin KİV-lərdə işıqlandırılması, KİV-lər vasitəsilə bank sektorunda həyata keçirilən tədbirlər barədə ictimaiyyəti geniş işıqlandırmaqdır.
Müsabiqəyə 5 sentyabr - 30 dekabr 2011-ci il tarixləri ərzində mərkəzi və regional elektron və çap KİV-lərdə müsabiqənin mövzusuna uyğun çap olunacaq məqalələr qəbul olunacaq. Təqdim olunacaq məqalələrdə isə ölkənin iqtisadi inkişafında Mərkəzi Bankın rolu və onun fəaliyyət istiqamətlərini əhatə olunmalıdır.
Qeyd edək ki, müsabiqəyə təqdim olunacaq bütün məqalələr Mərkəzi Bankın 20 illik yubileyi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi tərəfindən qiymətləndiriləcək, qaliblərə xüsusi sertifikatlar və pul mükafatları (1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN) veriləcəkdir.
Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar isə bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilib.

539