Vergilər Nazirliyi vergi orqanlarında çalışanların yaş göstəricilərini açıqlayıb
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu islahatlar çərçivəsində vergi orqanı əməkdaşlarının sayı xeyli azaldılıb.
Azərbaycan MDB, habelə Avropadaxili Vergi Administrasiyaları təşkilatına (İOTA) üzv olan ölkələr arasında vergi orqanı əməkdaşlarının optimal sayına görə (cəmi 2355 nəfər) ən qabaqcıl yerlərdən birini tutur. İşə qəbul olunanlar arasında gənclərə daha şox üstünlük verilir. Həyata keçirilmiş tədbirlər nəticəsində vergi orqanlarında çalışanlar arasında həm gənc, həm orta, həm də daha təcrübəli nəsillərin nümayəndələri arasında optimal balans əldə olunub.
Hazırda ölkəmizin vergi orqanı əməkdaşlarının 29,1 faizinin yaşı 30-a qədər, 12,3 faizinin yaşı 30-35 yaş arasında, 9,1 faizinin yaşı 36-40, 11,9 faizinin yaşı 41-45, 14,6 faizinin yaşı 46-50 yaş arasında, 22,9 faizinin yaşı isə 50-dən yuxarıdır. 5 nəfərin yaşı 65-dən çoxdur ki, bu da vergi sistemində çalışanların cəmi 0,2 faizini təşkil edir. Bütövlükdə vergi əməkdaşlarının 77 faizinin yaşı 50-dən aşağıdır.

554