Tələbə və magistrlərin qeydiyyatdan keçmə vaxtı açıqlandı
12 avqust 2011 11:27 (UTC +04:00)

Tələbə və magistrlərin qeydiyyatdan keçmə vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar avqustun 18-dək qəbul olunduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər.


Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olanlar avqustun 12-dən 18-dək daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Ali təhsil müəssisələrinin magistraturalarında boş qalan plan yerlərə qəbul olunan abituriyentlər isə avqustun 11-dən 19-dək qeydiyyatdan keçməlidirlər. Tam orta təhsil proqramında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər avqustun 15-dən 29-dək sənədlərini qəbul olunduqları orta ixtisas təhsili müəssisələrinə təqdim etməlidirlər.


Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisas üzrə yerləşdirilməsindən imtinası kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Anar GƏRAYLI
# 575

Oxşar yazılar