“Camay” Bədənə Tam Qulluq kolleksiyasını təqdim edir - FOTO
29 iyul 2011 10:02 (UTC +04:00)

“Camay” Bədənə Tam Qulluq kolleksiyasını təqdim edir - FOTO

“Procter & Gamble” şirkəti bədənə tam qulluq üçün nəzərdə tutulan yeni “Camay” kolleksiyasını təqdim edir. Bu kolleksiya hər bir kəsi xoşagəlməz qoxulardan qoruyur və bədənə arzuolunan ipək yumşaqlığını bəxş edir.

Bədənə Tam Qulluq Kolleksiyasının əsas elementini “Camay” dezodorantları təşkil edir. Bu məhsulun yeni BCD texnologiyası 48 saat ərzində bədəni pis qoxulardan tamamilə qorumağa imkan verir. Çünki yeni texnologiya xoşagəlməz iyləri ört-basdır etmək əvəzinə onları udaraq neytrallaşdırır və ətrafa gözəl ətir yayır. Bu zaman yayılan gözəl ətir bədənin hər zaman təravətli qalmasını təmin edir. Günün uzun və gərgin keçməsindən asılı olmayaraq, “Camay” dezodorantları daim gümrahlıq hissi və xoş ətirə zəmanət verir.

Kolleksiyaya daxil olan duş üçün “Camay” gel və sabunları dəriyə heyranedici ətir, yumşaqlıq və təravət verir. Bu məhsullar sanki hər bir yuyunmanı ətir və təravətin təntənəsinə çevirir.

Dərinin yumşaq və zərif olması üçün “Camay” kolleksiyasına həmçinin yeni bədən losyonları da daxil edilib. Bu losyonların dərini 24 saatadək nəm saxladığı kliniki testlərlə təsdiq olunub. Tərkibi yağlı olmadığına görə, losyon dəriyə tez hoparaq onun yumşaq və parlaq qalmasını təmin edir. “Camay”-in yeni kolleksiyaları haqda ətraflı məlumat www.camay.az saytında təqdim edilmişdir.

“Camay” brendinin sahibi olan “Procter & Gamble” şirkətinin əsas məqsədi dünyada, o cümlədən Azərbaycanda da istehlakçıların həyatını asanlaşdırmaq və inkişaf etdirməkdir. Buna görə şirkət daim işini təkmilləşdirir, yeni texnologiyaların tətbiqi ilə hazırlanan məhsulları satışa çıxarır. Azərbaycanda olduğu 12 il ərzində “Procter & Gamble” bir çox tanınmış markalarını - "Tide" və "Ariel" yuyucu tozları, "Pampers" uşaq bezləri, “Blend-a-med” diş məcunu, "Safeguard" sabunları, "Gillette" ülgücləri və digər məhsulları istehlakçılara təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907

Oxşar yazılar