Almaniyada futbol turniri çərçivəsində Azərbaycanın təqdimatı keçirilib
27 iyul 2011 11:54 (UTC +04:00)

Almaniyada futbol turniri çərçivəsində Azərbaycanın təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 6 komandanın yarışdığı turnirdə azərbaycanlılardan ibarət komanda da yarışıb. 14 illik tarixi olan bu turnirin ənənəsinə görə, hər il turnir zamanı Almaniyada yaşayan bir azsaylı xalqın doğma vətəninin təqdimatı keçirilir. Bu dəfə turnirdə Azərbaycan Respublikasının təqdimatı olub. Turnirin gedişatı zamanı Azərbaycan musiqisi səsləndirilib, Azərbaycan musiqisi və mahnılarından ibarət CD-lər təşkilatçılara və qonaqlara paylanıb, toplaşanlara Azərbaycan haqqında məlumat verilib.


Turnir zamanı Azərbaycan rəqsləri ifa olunub, qonaqlar üzərinə milli kulinariyamızın ləziz təamları düzülmüş masaya dəvət olunublar. Azərbaycanlılardan ibarət futbol komandası ilk oyununa başlamadan əvvəl şəhid olmuş Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar