Mətbuat Şurası Goranboyda treninq-məşğələ keçirəcək
26 iyul 2011 17:28 (UTC +04:00)

Mətbuat Şurası Goranboyda treninq-məşğələ keçirəcək

İyulun 30-31-də Goranboy rayonunda Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində növbəti treninq-məşğələ keçiriləcək. Mətbua Şurasından (MŞ) Lent.az-a verilən məlumata görə, tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin – Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri qatılacaqlar. Treninq-məşğələdə həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 476

Oxşar yazılar