Bir neçə polis əməkdaşı mükafatlandırılıb
25 iyul 2011 13:22 (UTC +04:00)

Bir neçə polis əməkdaşı mükafatlandırılıb

APA-nın məlumatına görə, Bakının Suraxanı rayonunda ət mağazasında qəssab işləyən Amil Əliyevin qətlinin tez bir zamanda açılması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərliyə polkovnik rütbəsi verilib.


Bundan başqa, “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevin qətlinin üstünün qısa zamanda açılması ilə əlaqədar daxili işlər naziri Ramil Usubov Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarını təbrik edib. Nazirin əmri ilə idarənin 16-cı Polis Bölməsinin rəis müavini Rəhman

İsmayılov Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rəis təyin edilib
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar