Kəskin istilərlə əlaqədar əhaliyə xəbərdarlıq edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 35-39 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.
İyulun 27-də havanın günəşli keçəcəyi, mülayim şimal-qərb küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-39 dərəcə, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 26-da hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 14-18 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
İyulun 27-də hava əsasən yağmursuz keçəcək. Lakin iyulun 27-də axşam, 28-də gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif sahil küləklərinin üstünlüyü fonunda kəskin isti temperatur şəraiti əksər əhali üçün, xüsusən də uşaq, yaşlı və xəstə insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür.

414