DİN-də geniş Kollegiya iclası keçirilib
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə ki, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib ki, sosial-iqtisadi və hüquq-mühafizə siyasətində əldə edilən irəliləyişlərin məntiqi nəticəsi olaraq cinayətkarlığa qarşı mübarizədə, asayişin mühafizəsində, insan hüquq və azadlıqlarının qorunmasında əvvəlki illərin müsbət təmayülləri inkişaf etdirilmiş, əməliyyat şəraiti nəzarətdə saxlanılıb.
Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması və ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyəti üçün hər cür imkanlar yaradılıb. Cinayətlərin qarşısının alınması, açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələrdə tətbiq edilən çoxsaylı informasiya resursları xidməti vəzifələrin icrasının effektivliyini əhəmiyyətli dərəcədə artırıb, hüquq pozuntuları barədə məlumatlara çevik reaksiya verilməsinə müsbət təsir göstərib. Maddi-texniki bazası beynəlxalq standartlara tam uyğun gələn, peşəkar kadr potensialına malik daxili işlər orqanları müasir dövrün çağırış və təhdidlərinə cavab verməyə qadirdir.
Hesabat məruzəsi ilə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, cari ilin 6 ayında həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər cinayətkarlığa, onun mütəşəkkil və transmilli növlərinə qarşı mübarizənin daha məqsədyönlü aparılmasını təmin edib. Nazirlik sistemində müasir texniki vasitələrdən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktik işin effektivliyini xeyli artırıb. «102» və «Təhlükəsiz Şəhər» xidmətləri tərəfindən məişət zəminində baş vermiş 2493 hüquqazidd əməlin, 147 ictimai asayişin pozulması faktının, 28 yanğının, 8 avtoxuliqanlığın və s. hadisələrin qarşısı alınıb, axtarışda olan 16 avtomobil saxlanılıb. «Məlumat Portalı» vasitəsilə 447 təqsirləndirilən şəxs müəyyən edilib, cinayətlərin açılmasında əhəmiyyət kəsb edən 270 minə yaxın sorğu cavablandırılıb. Avtomatlaşdırılmış kriminalistik laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 22,4 faizi (1954) üzrə sübut bazası toplanılıb. Bütün subyektlər üzrə 12.139 cinayət qeydə alınıb ki, onların 95%-i, yəni 11.520-si daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Həmin cinayətlərin 90,5%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 9,5%-ni ağır və xüsusilə ağır növlər təşkil edib. Ümumi cinayətlərin 82,2%-i, daxili işlər və prokurorluq orqanlarına aid olanların isə 83,4%-i açılıb. Qəsdən adam öldürməyə cəhdlərin açılması 3,3%, avtonəqliyyat oğurluğu faktlarının açılması 60% yaxşılaşıb, adam oğurluğu cinayətləri tam açılıb. Cinayətlərin ağır və xüsusilə ağır növləri 19%, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 7,2%, hədə-qorxu ilə tələb etmələr 33,3%, cibgirliklər 3,7% azalıb. Adamları girov götürmə və banditizm cinayətləri qeydə alınmayıb.
Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin 31 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 155, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isə «isti izlərlə» 566 cinayətin açılması təmin edilib.
Cinayətkarlığa qarşı mübarizədə vətəndaşların da böyük əməyi olub və qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 85%-i məhz onların yaxından iştirakı ilə açılıb.
Nazir müavini vurğulayıb ki, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipi rəhbər tutularaq müxtəlif cinayətlərə görə 6857 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub, yerli və dövlətlərarası axtarışda olanların 48,4%-i (2151-dən 1042-si) tutulub, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 68 nəfərin yeri müəyyənləşib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 233 ağır və xüsusilə ağır cinayət törətmiş 308 nəfəri birləşdirən 95 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 102 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bununla bərabər, qanunsuz dövriyyədən ümumi məbləği 382 min manat təşkil edən 4382 ədəd saxta milli və xarici əskinas, açıq satışı qadağan olunmuş 6 mindən çox dərman preparatı, habelə 185 kq civə və 600-ə yaxın saxta tədris vəsaiti götürülüb.
İclasa yekun vuran Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda Daxili Qoşunların hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirib.

610