Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib
Bu gün Mətbuat Şurasında ötən əsrin 60-cı illərinin jurnalistləri ilə görüş keçirilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov görüşdəki çıxışında həmin dövrün xarakterik xüsusiyyətləri barədə danışıb.
Ötən əsrin 60-cı illərinin jurnalistlərinin respublikanın ictimai həyatındakı aktiv roluna toxunan Əflatun Amaşov bildirib ki, həmin jurnalistlər və onların şinellərindən çıxan qələm sahibləri 80-cı illərinin sonlarına doğru başlanan xalq hərəkatında da fəal mövqe nümayiş etdiriblər: “Sizlər 136 yaşlı mətbuatımızın canlı əfsanələri, dövrün salnaməçilərisiniz. Gərgin əmək və zəhmətinizin neçə-neçə jurnalist nəslinin formalaşmasında əvəzedilməz rolu var”.
Əməkdar jurnalist Yusif Kərimov görüşdə iştirak edən qələm sahiblərini Azərbaycan mətbuatı tarixində böyük iz buraxmış şəxsiyyətlər kimi dəyərləndirib.
Jurnalistikanın şərəfli iş olduğunu deyən BDU-nun jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə deyib ki, bu işin öhdəsindən gəlmək üçün peşəni sevmək vacibdir: “Təəssüf ki, son zamanlar jurnalistika təhsilində qabiliyyət imtahanları tətbiq olunmadığına görə tələbələr arasında bu fakültəyə təsadüfən düşənlər olur. Jurnalistika cəmiyyəti öz arxasınca aparmalıdır. İndiki dövrdə isə jurnalistika onun arxasınca gedir. Bu, müsbət hal deyil və təəssüf doğurur. Lakin bütün problemlərə baxmayaraq, Azərbaycan jurnalistikası parlaq bir tarixə malikdir. Bu tarixi yaşatmaq üçün biz qocaman jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.
Daha sonra 60-cı illər jurnalistikasının aşağıda adları çəkilən nümayəndələrinə Mətbuat Şurasının fəxri diplomları təqdim edilib:
1. Yalçın Əlizadə
2. Yusif Kərimov
3. Əlikram Abdullayev
4. Zöhrab Zeynalov
5. Namiq Abbasov
6. Əlövsət Bəşirov
7. Dilarə Vəkilova
8. Arif Hüseynov
9. Ələkbər Abbasov
10. Aydın Əliyev
11. Altay Zahidov
12. Nahid Hacıyev
13. Mais Məmmədov
14. İlyas Adıgözəlov
15. Telman Əliyev
16. Telman Qarayev
17. Firidun Rəsulov
18. Ələsgər Cabbarov
19. Elmira Əliyeva
20. Şükufə Tağızadə
21. Ağahüseyn Hüseynov
22. Akif Rüstəmov
23. Mahmud Mahmudov
24. Əlirza Balayev
25. Fazil Rəhmanzadə
26. Oqtay Cəfərov
27. Hidayət Zeynalov
28. Məryəm Həsənzadə
29. Əhməd İsayev
30. Əfqan Əsgərov
31. Kazım Ələkbərov
32. Bəbir Hüseynov
33. Şaddat Cəfərov
34. Vəli Məmmədov
35. Rafiq Həsənov
36. Aqşin Babayev
Təltif olunanlara 22 iyul Milli Mətbuat günü münasibətilə təbriklərini çatdıran Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə onların hər birinin ölkəmizdə jurnalistika peşəsinin cəmiyyətə tanıdılmasında və sevdirilməsində müstəsna xidmətlərinin olduğunu qeyd edib.
Veteran jurnalistlərdən Əlikram Abdullayevin, Mahmud Mahmudovun, Ələsgər Cabbarovun, Əlövsət Bəşirovun və başqalarının çıxışlarında jurnalistikamızın müasir problemlərinin həlli ilə bağlı təkliflər səslənib. Əməkdar jurnalist Fazil Rəhmanzadə 60-cı illər jurnalistlərinin gənc həmkarları ilə görüşünün keçirilməsini irəli sürüb. O, bunun təcrübə mübadiləsi baxımdan əhəmiyyətini vurğulayıb.

714