Gəncənin su təchizatı sistemi yenidən qurulur - FOTO
20 iyul 2011 15:55 (UTC +04:00)

Gəncənin su təchizatı sistemi yenidən qurulur - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması işlərini davam etdirir. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, ‘Təxirəsalınmaz tədbirlər proqramı” çərçivəsində Gəncənin Natəvan qəsəbəsi sakinlərinin içməli su problemi həll edilib.


“Azərsu” ASC-nin sifarişi əsasında qısa müddətdə qəsəbədə subartezian quyusu qazılıb, 3390 metr uzunluğunda müxtəlif diametrli su xətti çəkilib, 11 ədəd nizamlayıcı su siyirtməsi quraşdırılıb. Eyni zamanda 80 ədəd baxış şaxtası ilə birlikdə 3070 metr uzunluğunda kanalizasiya xətti çəkilərək qəsəbə sakinlərinin istifadəsinə verilib. Görülən işlər nəticəsində Gəncə şəhərinin Natəvan qəsəbəsində 233 ailə içməli su təchizatı və kanalizasiya xidməti ilə təmin edilib.


Qeyd edək ki, Almaniyanın KFW bankı və İsveçrənin SECO təşkilatı tərəfindən maliyyələşdirilən “Açıq kommunal infrastruktur proqramı”na uyğun olaraq, Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Layihənin birinci lotu üzrə keçirilmiş tenderin qalibi olmuş Türkiyənin “Haselsan” şirkəti bir ay müddətinə Göygöldə baş sugötürücü qurğunun, 24,5 km uzunluğunda magistral kəmərin və 4 min kub metr tutumu olan anbarın tikintisinə başlayacaq. Hazırda isə Qızılqayadan Gəncəyə yeni su xəttinin çəkilməsi, şəhər paylayıcı şəbəkənin yenidən qurulması, çirkab sutəmizləyici qurğunun inşası üzrə tender prosedurları həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar